Az-Tərcümə Mərkəzi

Haqqımızda

Bütün işlək dillər üzrə ixtisaslaşmış peşəkar tərcüməçilərdən ibarət komandamızla siyasi, hüquqi, texniki, iqtisadi, konsaltinq, marketinq, İT, veb-sayt lokalizasiyası və digər sahələrdə yüksək keyfiyyətli tərcümə xidmətləri təqdim edirik.

Missiyamız

AZ Tərcümə Mərkəzi, tərcümə xidmətlərini yalnız dil bilikləri üzərində deyil, sahə üzrə dərin ixtisaslaşma, terminoloji dəqiqlik və məsuliyyət prinsipinə əsaslanaraq həyata keçirir. Bizim üçün hər sənəd — müştərinin reputasiyasını təmsil edən vacib bir materialdır. Buna görə də bütün tərcümə prosesi çoxmərhələli yoxlama, redaktə və keyfiyyətə nəzarətdən keçir.

Məqsədimiz real nəticələr, ölçülə bilən keyfiyyət və uzunmüddətli əməkdaşlıq yaratmaqdır.

Komanda və ya ofis şəkli

Dəyərlər

Dəyərlərimiz

Hər bir layihəyə yanaşmamızı formalaşdıran prinsiplər.

01

Peşəkarlıq

Hər bir tərcümə müvafiq sahədə ixtisaslaşmış tərcüməçilər tərəfindən icra olunur və çoxmərhələli keyfiyyətə nəzarətdən keçir.

02

Dəqiqlik və Terminoloji Uyğunluq

Mətnlərin semantik yükü, terminologiyası və struktur bütövlüyü qorunaraq tərcümə olunur.

03

Etibarlılıq və Məxfilik

Müştərilərimizin sənədləri tam təhlükəsizliklə emal edilir və məlumatların məxfilliyi hər zaman qorunur.

04

Operativlik

Tərcümə prosesini effektiv şəkildə təşkil edir, sənədləri vaxtında və keyfiyyətlə təqdim edirik.

05

Müştəri Mərkəzliliyi

Hər bir layihədə müştərinin ehtiyacları prioritet götürülür, fərdi yanaşma tətbiq olunur və geribildirimlər diqqətlə nəzərə alınır.

06

Davamlı İnkişaf

Komandamız mütəmadi şəkildə təkmilləşir, həm dil, həm də sahə biliklərini yeniləyir və dünya standartlarına uyğun xidmət təqdim edir.