Xidmətlərə qayıt

Sinxron Tərcümə

Geniş auditoriyalı tədbirlər — beynəlxalq konfranslar və yüksək səviyyəli görüşlər üçün ideal həll. Tərcümənin ən mürəkkəb növü olub, peşəkar icra üçün xüsusi avadanlıq tələb edir.

Sinxron tərcümə — natiqin nitqinin fasiləsiz şəkildə, eyni anda hədəf dilə ötürülməsidir. Tərcümə xidmətlərinin ən mürəkkəb və məsuliyyətli növü hesab olunur və əsasən geniş auditoriyalı tədbirlərdə, konfranslarda və forumlarda tətbiq edilir. Bu proses üçün tərcüməçi xüsusi avadanlıq və sinxron kabina ilə təmin olunur.

1. Tədbirin yeri, vaxtı, proqramı, mövzusu və tərcümə üçün veriləcək materiallar əvvəlcədən toplanır və dəqiqləşdirilir.

2. Komandamızdakı ixtisaslaşmış şifahi tərcüməçilər arasından tədbirin mövzusuna uyğun mütəxəssis seçilir və müştəri ilə əlaqələndirilir.

3. Sinxron tərcümənin qüsursuz icrası üçün avadanlıqlar tədbir öncəsi yerində test edilir. Lazım gəldikdə ehtiyat avadanlıqlar təmin olunur.

Layihəniz üçün təklif almaq istəyirsiniz?

Bizimlə əlaqə saxlayın, ehtiyaclarınızı müzakirə edib sizə uyğun həll təklif edək.